Bizim.Media dünən ölkəmizdə və dünyada baş verən hadisələrin qısa xronikasını sizə təqdim edir:
-Milli Məclisin dünən keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub.
-Cənubi Azərbaycan şəhərlərində müəllimlərin, təhsil işçilərinin və təqaüdə çıxmış təhsil sistemi əməkdaşlarının etiraz aksiyaları genişlənib.
-Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edib.
-Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.
-Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edib.
-Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Ağdama səfər edib.
-Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
-Gənclər və idman naziri Fərid Qayıbov ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ilə görüşüb.
-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın qaz təchizatında yaranmış problemlərlə bağlı açıqlama verib.
-Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan-Gürcüstan Parlamentlərinin xarici əlaqələr komissiyalarının IV üçtərəfli iclası keçiriləcək.
-İngiltərədə Mühafizəkarlar Partiyasından olan deputat Devid Amess hücumə məruz qalıb.
-Şimali Osetiyanın paytaxtı Vladikavkazdakı cəzaçəkmə müəssisəsində qiyam baş verib.
-Erməni dissident Georgi Vanyan Tiflisdə xəstəxanaların birində koronavirusdan vəfat edib.
-Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının onlayn iclasında Qarabağdan danışıb.
-Almaniya kansleri Angela Merkel oktyabrın 16-da Türkiyəyə səfər edəcək.
Bizim.Media