Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyan ilə görüşü baş tutub.
Bizim.Media xəbər verir ki, görüşdə Ceyhun Bayramov Azərbaycanın bölgədə mövcud olan münaqişə sonrası vəziyyət və iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini səsləndirib.
Nazir 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatların tam icra edilməsinin vacibliyini vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Minskdə erməni həmkarı ilə görüşəcək
Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğumuz ifadə edilib.
Bu xüsusda, Azərbaycanın Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Həmçinin, regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.
Ceyhun Bayramov azad edilmiş ərazilərdə insan həyatına birbaşa təhdid olan mina təhlükəsi mövzusunu qeyd edərək, bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsinin zəruriliyini bildirib.
XİN rəhbəri azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə danışıb.
Bizim.Media
???? In Minsk, Russian Foreign Minister Sergey #Lavrov held talks with Foreign Minister of Azerbaijan @bayramov_jeyhun.#RussiaAzerbaijan pic.twitter.com/3NLtPQMD3d
— MFA Russia ?? (@mfa_russia) October 14, 2021