Regionda HƏRƏKƏTLƏNMƏ:

Regionda HƏRƏKƏTLƏNMƏ: "Bu uzun illər ərzində formalaşan maraqların kəsişmə nöqtəsidir" - Fərhad Məmmədov

Hazırda oxunan: Regionda HƏRƏKƏTLƏNMƏ: "Bu uzun illər ərzində formalaşan maraqların kəsişmə nöqtəsidir" - Fərhad Məmmədov

41583

Postmünaqişə dövründə Cənubi Qafqaz regionunda gözlənilən hərəkətlənmə baş verib. Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq bəzi qüvvələrin nüfuzdan düşməsi ilə nəticələndiyindən indi həmin siyasi güclər itmiş nüfuzlarının bərpası üçün müxtəlif vektorlu addımlar atmağa çalışırblar.

Bəs, mövcud situasiya bölgə üçün nə vəd edir? Gedən yeni proseslər nəyin xəbərçisidir?

Mövzunu politoloq Fərhad Məmmədov ilə davam etdirdik. Siyasi analitik Bizim.Media-ya açıqlamasında bidlririb ki, bu formatlara nəzər saldıqda güclü spekulyasiyaların olduğunu rahatlıqla görmək olur.  
 

MÖVZU İLƏ BAĞLI:

Fərhad Məmmədov: “Ermənistanda siyasi gərginlik silahlı gərginliyə çevrilə bilər”


Lakin o, bildirib ki, hələ ki,  geniş miqyaslı hərbi siyasi blokların  digər formatlarda birliklərini müşahidə etmirik. 

“Bu anlamda Azərbaycan Türkiyə münasibətləri fərqlidir və digərlərindən seçilir. Çünki bu münasibətlər onlar uzun zaman ərzində formalaşaraq Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatıb. Digər tərəfdən isə  Azərbaycan Pakistan münasibətlərinin siyasi tərəfi çox yüksək səviyyədə qiymətləndirilir. Lakin biz bu müttəfiqliyin iqtisadi tərəfi haqqında hələ heç nə deyə bilmərik. Bu sahədə hələ ki, heç bir irəliləyiş yoxdur”.

Politoloq qeyd edib ki, indi postmünaqişənin elə dövrüdür ki, həm Azərbaycan, həm də Ermənistan ətrafında həmfikirləri cəmləşdirməklə məşğuldurlar. Azərbaycan bu istiqamətdə daha uğurlu görünür:  

“Bizim üçlü formatlarımız mövcuddur. Onların məzmununu və iqtisadi bazisini də əksəriyyətini Azərbaycan formalaşdırır. Həm Azərbaycan, Gürcüstan və Türkiyə, həm Türkmənistan, Azərbaycan, Türkiyə, həm İran, Türkiyə, Azərbaycan, həm də İran, Azərbaycan, Rusiya. Ermənistanda isə bu funksiya yoxdur. O yeganə Rusiya Federsaiyası ilə müttəfiqlik şəraitində fəaliyyət göstərir.
 

Digərləri ölkələr isə maliyyə imkanları olmadığı üçün iqtisadi bazisi strateji layihələr vasitəsilə bu münasisətləri yüksək səviyyəyə qaldıra bilmir”.


Fərhad Məmmədov sonda qeyd edib ki, “Azərbaycanın həyata keçirdiyi bu formatlarda əsas həm iqtisadi dvidentlər, həm də iştirakçı ölkələrin digər maraqları var. Bundan başqa bu həm də uzun illər ərzində formalaşan bir maraqların kəsişmə nöqtəsidir”.  

Siyasi analitik Ermənistanın hərəkətlənməsini isə reaktivlik, yəni Azərbaycan tərəfinin atdığı addımlara reaksiya kimi qiymətləndirib: 
 

“Məsələn regionda Pakistan fəaldırsa, Hindistan da aktivləşir. Əgər post münaqişə bölgəsində Türkiyənin rolu artırsa, İran da Ermənistana uyğun fəaliyyət seçir.


Çünki onların təqdim etdiyi məsələn deyək Fars körfəzi, Qara dəniz layihəsi bu yeni deyil. Bu layihələr 20 ildir ki, ideya olaraq mövcuddur. Bu layihələri uzun müddət davam etdirmək üçün böyük pullar tələb olunur. Ancaq nə İranın, nə Hindistanın, nə də ki, Ermənistanın buna sona qədər sponsorluq etməyə imkanı yoxdur. Bu da onların nüfuzunu bölgədə yox səviyyəsinə endirir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO