“Müstəqillik Günü haqqında” qanun layihəsi TƏSDİQLƏNDİ

“Müstəqillik Günü haqqında” qanun layihəsi TƏSDİQLƏNDİ

Hazırda oxunan: “Müstəqillik Günü haqqında” qanun layihəsi TƏSDİQLƏNDİ

41241

Bu gün Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsində mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.  

Layihəyə əsasən bundan sonra 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqillik gününün bərpası  kimi qeyd ediləcək.  

İndiyə kimi Azərbaycanda 28 May Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilirdi.  

Xatırladaq ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edib.  

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsinə və “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO