Növbəti addım

Növbəti addım "Zəngəzur dəhlizi"nin bərpası OLACAQ - DEPUTAT

Hazırda oxunan: Növbəti addım "Zəngəzur dəhlizi"nin bərpası OLACAQ - DEPUTAT

40364

Xəbər verildiyi kimi "Azərbaycan Hava Yolları"na məxsus təyyarələr Ermənistanın hava məkanı ilə uçmağa başlayıb. 

Bizim.Media xəbər verir ki, “Facebook” hesabında məsələni şərh edən iqtisadçı-deputat Vüqar Bayramovun hesab edir ki, regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Zəngəzurda yeni yolun tikintisinə 11 milyon dollar ayırıb?


“Ermənistan torpaqlarımızın bir hissəni uzun müddət işğal atlında saxladığı üçün Cənubi Qafqaz iqtisadi potensialından tam olaraq istifadə edə bilməyib. Cənubi Qafqazın Ümumi Daxili Məhsulunun həcmi cəmi 79.2 milyard dollardır. Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdirlər. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası da qaçılmazdır”. 

Deputat növbəti addımın “Zəngəzur Dəhlizinin” bərpası olacağına inandığını qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO