İlham Əliyev Ermənistanın sərhədin pozulması iddialarını “gülməli” hesab etdi

İlham Əliyev Ermənistanın sərhədin pozulması iddialarını “gülməli” hesab etdi

Hazırda oxunan: İlham Əliyev Ermənistanın sərhədin pozulması iddialarını “gülməli” hesab etdi

40146

“Biz heç kimin sərhədini pozmamışıq. 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri var. Gəlsinlər, görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik, oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

“İndi Ermənistan rəhbərliyi açıq-aydın ən yüksək səviyyədə bəyan edir ki, Azərbaycan haqlı olaraq Gorus-Qafan yolunun müəyyən hissəsində yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

“İsraili harada görüblər?!” - Prezidentdən İran rəsmilərinə CAVAB


Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, bu gülməlidir. Ona görə regionda yeni dövr başlayır. Biz hesab edirik ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır”, - dövlət başçısı qeyd edib.

Prezident vurğulayıb ki, Azərbaycan tərəfində siyasi iradə var:

“Ermənistan tərəfində də bu iradə olarsa, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər, bölgədə uzunmüddətli sülh ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO