“Qarabağ Azərbaycandır və nida işarəsi” – İlham Əliyev bunu 2  il öncə deyib

“Qarabağ Azərbaycandır və nida işarəsi” – İlham Əliyev bunu 2  il öncə deyib

Hazırda oxunan: “Qarabağ Azərbaycandır və nida işarəsi” – İlham Əliyev bunu 2  il öncə deyib

39936

“Qarabağ Azərbaycandır və nida işarəsi”. Azərbaycan Prezidenti İlham Əliyevin düz iki il əvvəl, oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı zamanı səsləndirdiyi bu sözlər artıq milli azadlıq mübarizəmizin rəmzinə çevrilib.

Bizim.Media xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın 2019-cu ildə etdiyi “Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə” bəyanatı Qarabağ münaqişəsinin dinc yolla həlli prosesinə sanki nöqtə qoymuşdu.
 

O, Xankəndinə səfəri zamanı bu sözləri deməklə və “Miasum” çığırmaqla, bir növ, danışıqların faydasız olmasına, işğal altındakı torpaqların sülh yolu ilə qaytarılmayacağına işarə etmişdi.


Ermənistan rəhbərinin bu sərsəm bəyanatından sonra dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edən Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən, beynəlxalq aləmdə münaqişənin tarixinə düzgün yanaşılmamasından danışmışdı.

Prezident İlham Əliyev bildirmişdi ki, münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən fikir formalaşır. 


Azərbaycanın ən yeni tarixinin ən şərəfli günləri taleyimizə əlahiddə qızıl hərflərlə yazılıb.
 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “Qarabağ Azərbaycandır” cümləsinin nida işarəsini əbədi həkk edib.


Biz Qarabağa, Qarabağ da bizə qovuşub.

Hazırda Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlandırdıqları inzibati vahid belə yoxdur. Azərbaycan Prezidentinin Fərmanı ilə həmin ərazidə iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO