Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar.
Vladimir Voronkov terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir etdi və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Tərəflər eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardılar.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:06 / 24.09.2021
Ceyhun Bayramovla BMT rəsmisi arasında terrorçuluqla bağlı MÜZAKİRƏ
Hazırda oxunan: Ceyhun Bayramovla BMT rəsmisi arasında terrorçuluqla bağlı MÜZAKİRƏ
Hazırda oxunan: Ceyhun Bayramovla BMT rəsmisi arasında terrorçuluqla bağlı MÜZAKİRƏ
38544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.