Özbəkistan Prezidenti deputat Eldar İbrahimovu təltif etdi

Özbəkistan Prezidenti deputat Eldar İbrahimovu təltif etdi

Hazırda oxunan: Özbəkistan Prezidenti deputat Eldar İbrahimovu təltif etdi

38406

Milli Məclisin deputatı Eldar İbrahimov Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin sərəncamı ilə “Özbəkistan Respublikasının müstəqilliyinin 30 illiyi” döş nişanı ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sentyabrın 22-də Özbəkistanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə səfir Baxrom Aşrafxanov mükafatı Eldar İbrahimova təqdim edərək bildirib ki, o, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və “Azərbaycan-Özbəkistan” Dostluq Cəmiyyətinin sədri kimi iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına, dostluq və qardaşlıq əlaqələrinin güclənməsinə verdiyi mühüm töhfələrə görə bu mükafata layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO