BMT Baş Assambleyasının vebsaytında İnsan Hüquqları Şurasının 48-ci sessiyasının gündəliyinə Azərbaycana dair təklif edilən iki sənəd yerləşdirilib.
Bizim.Media xəbər verir ki, sənədlərin müəllifləri Cenevrədə yerləşən, BMT-də akkreditə olunmuş, qeyri hökümət təşkilatları olan - Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitut (İRDG) və Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutudur (GİWEN).
Beynəlxalq təşkilatlar İnsan Hüquqları üzrə Şuranı və dünya birliyini piyadalar əleyhinə mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təsir etməyə, transsərhəd suların çirkləndirilməsinin inkişafa əngəl olduğuna diqqəti cəlb etməklə Azərbaycan ərazisindən keçən Oxçuçayda yaranmış fəlakətli ekoloji durumun qarşısının alınmasına və nəzarət mexanizminin yaradılmasına çağırıblar.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 48-ci sessiyasının 13 sentyabr - 8 oktyabr 2021-ci il tarixində keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:25 / 18.09.2021
BMT-nin sessiyasına Azərbaycanla bağlı 2 sənəd TƏKLİF OLUNDU – FOTO
Hazırda oxunan: BMT-nin sessiyasına Azərbaycanla bağlı 2 sənəd TƏKLİF OLUNDU – FOTO
Hazırda oxunan: BMT-nin sessiyasına Azərbaycanla bağlı 2 sənəd TƏKLİF OLUNDU – FOTO
37533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.