ABŞ-ın İŞİD xəbərdarlığı - Azərbaycan üçün yeni TƏHLÜKƏ

ABŞ-ın İŞİD xəbərdarlığı - Azərbaycan üçün yeni TƏHLÜKƏ

Hazırda oxunan: ABŞ-ın İŞİD xəbərdarlığı - Azərbaycan üçün yeni TƏHLÜKƏ

34176

Son günlərdə ABŞ Əfqanıstanda İŞİD qruplaşmasının yeni terror fəaliyyətləri planlaşdırması barədə xəbərdarlıq yayımlayıb. Xəbərdarlığa əsasən İŞİD terrorçuları Kabil hava limanında ölkədən təxliyə olunması planlaşdırılan hərbi və mülki şəxslərə qarşı hücum hazırlığındadır. ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxaracağı 31 avqusta bir neçə gün qalmış bu cür məlumatların ortaya atılması isə xüsusilə diqqət çəkir.

Baş verənlərdə ABŞ-ın hansı marağının olduğu və İŞİD təhlükəsinin Əfqanıstanın gələcəyinə necə təsir edəcəyi isə sual altındadır. Hazırda Azərbaycan sülhməramlılarının Türkiyə hərbiçiləri ilə birgə Kabil hava limanının mühafizəsini təşkil etmələri baş verənlərin Azərbaycana da təsirsiz ötüşməyəcəyini göstəricisidir.

-Taliban İŞİD-dən ABŞ və NATO-ya yeni təsir vasitəsi kimi istifadə etməyə çalışır. Taliban ABŞ-ın təxliyyə ilə bağlı əlavə müddət istəyini rədd edir və ABŞ-ın əfqan mühəndisləri, savadlı şəxsləri ölkədən çıxarmaqda ittiham edir. Qruplaşma istənilən yolla bu prosesin qarşısını alacağını da bəyan edib. Bu məqsədlə artıq yerli əhalinin Kabil hava limanına girişinə qadağa qoyub. 24 avqustda MKİ rəhbəri Uilyam Börns və Taliban rəhbəri Abdulqani Baradar arasında baş verən görüş də bu baxımdan faydasız olub. Taliban Kabil hava limanına birbaşa hücuma keçməkdənsə, ərazidə terror təhlükəsinin yaradılmasının daha effaktiv olacağını başa düşür.

-ABŞ Əfqanıstanda yenidən terrorçu qruplaşmaların cəmləşdiyinin anonsunu verir. Gələcəkdə Rusiya və Çinin Əfqanıstanda aktiv münaqişəyə cəlb olunması üçün də şərait yaratmış olur. ABŞ üçün Yaxın Şərq regionunda əsas təhlükə İŞİD hesab olunur. Taliban bu vaxta qədər İŞİD-lə hər hansı formada əlaqələrə malik deyildi. Məhz bu səbəblə də Çin və Rusiya kimi dövlətlər Talibanı dəstəkləməkdə tərəddüd etmirdi. Lakin son hadisələr prosesin fərqli cərəyan etdiyini göstərir. ABŞ İŞİD amilindən istifadə etməklə Talibanın loyallığını, eyni zamanda Talibanı dəstəkləyən Rusiya və Çinin mövqeyini da şübhə altına salmış olur. 
 

MÖVZU İLƏ BAĞLI:

“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?


-Son hadisələr İŞİD-in Suriya cəbhəsindən Əfqanıstana keçidini göstərir. Suriyada münaqişənin səngiməsi, ABŞ və müttəfiq qüvvələrin regiondakı varlığı, eyni zamanda İran dəstəkli şiə militanların fəaliyyəti İŞİD-in yaxın Şərqdəki planlarına əngəl törədir. Bu baxımdan dini yaxınlığa malik Talibanın nəzarət etdiyi Əfqanıstan İŞİD üçün olduqca əlverişli bölgədir. İŞİD Əfqanıstanda yerləşməsi həm qruplaşmanın təhlükəsiz şəkildə genişlənməsinə, həm də regiondakı fəaliyyətlərini sistemli şəkildə idarə etməsinə imkan verəcək.

-Əfqanıstanın İŞİD-in mərkəzlərindən birinə çevrilməsi Azərbaycan üçün də ciddi təhlükə mənbəyidir. Suriya təcrübəsi İŞİD-in aktiv olduğu bölgələrdə radikal dini qrupları və militanları öz sıralarına cəlb etdiyini, onlara təlim keçdiyini və aktiv müharibə üçün hazırladığını göstərdi. Əfqanıstanın terrorçu qruplar və dini radikalların mərkəzinə çevrilməsi Suriyada olduğu kimi, təlim görmüş şəxslərin yenidən Azərbaycana qayıtması və daxili sabitliyi təhdid etməsi ilə bağlı riskləri də artıracaq.

Araz Əliyev, Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO