Azərbaycanın qələbəsini təmin edən 3 MÜHÜM AMİL – Elman Nəsirovdan XATIRLATMA

Azərbaycanın qələbəsini təmin edən 3 MÜHÜM AMİL – Elman Nəsirovdan XATIRLATMA

Hazırda oxunan: Azərbaycanın qələbəsini təmin edən 3 MÜHÜM AMİL – Elman Nəsirovdan XATIRLATMA

32858

“Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil. Lakin onun sözünün mənası və çəkisi böyükdü. Bu fikirlərin müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Uğurlu daxili və xarici siyasət sayəsində bu gün Azərbaycan dünyada güclü mövqeyə sahib ölkəyə çevrilib. Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edirlər. Eyni zamanda Azərbaycan yeni reallıqlar yaratmış dövlətdir”.

Bizim.Media ilə bu fikirlərini bölüşən Elman Nəsirovun sözlərinə görə, 44 günlük Vətən Müharibəsi dövründə Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuzun qazandığı qələbə Azərbaycanın gücünü və potensialını ortaya qoydu.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: Azərbaycan Qurtuluş savaşından başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi


Bu qələbəni təmin edən 3 mühüm amil var:

“Birincisi Ali Baş Komandanın siyasi iradəsidir. İkincisi ordumuzun qəhrəmanlığıdır, xalqın birbaşa dəstəyidir. Prezidentin qazandığı bütün bu tarixi uğurların kökündə dayanan əsas amil odur ki, o, öz xalqını bütün varlığı ilə sevir. Və bu sevgi qarşılıqlıdır”.

Elman Nəsirovun fikrincə, ABŞ, NATO və Rusiya arasında görüşlərin də Bakıda baş tutması Azərbaycanın müstəqil sityasət aparması və beynəlxalq etimad qazanması ilə əlaqədardır.

Bundan başqa, Azərbaycanın qarşısında yeni hədəflər var:
 

“İşğaldan azad olunan torpaqların bərpası və yenidən qurulması bizim üçün bir nömrəli məsələdir. Qarabağın cənnətə çevrilməsi həm də strateji hədəf kimi müəyyənləşib”.


O ki qaldı Bakının İrəvana təklif etdiyi əməkdaşlıq yoluna, Ermənistanın başqa çıxış yolu yoxdur. Çünki onlar fəlakətin astanasındadır. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO