SƏFİRLİYƏ GEDƏN YOL: İsraildəki ticarət nümayəndəliyi nəyə lazımdır?

SƏFİRLİYƏ GEDƏN YOL: İsraildəki ticarət nümayəndəliyi nəyə lazımdır?

Hazırda oxunan: SƏFİRLİYƏ GEDƏN YOL: İsraildəki ticarət nümayəndəliyi nəyə lazımdır?

30483

Uzun illərdir yüksək səviyyədə olan Azərbaycan-İsrail münasibətləri yeni mərhələyə qədəm qoyub. Belə ki, iyulun 29-da Azərbaycanın İsraildə ticarət nümayəndəliyinin yaradıldığı elan olunub. Qeyd olunan razılaşma, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Tel-Əvivə rəsmi səfəri zamanı əldə olunub.

Nəticədə isə, Azərbaycan bayrağı 30 illik müstəqillik dövründə İsraildə ilk dəfə dalğalanacaq.

Bəs, sözügedən hadisə rəsmi Bakı və Tel-Əviv arasındakı münasibətlərə necə təsir göstərəcək?
 

MÖVZU İLƏ BAĞLI:

SU ÜSYANLARI: İrandakı etirazlar nədən xəbər verir?


Təbii ki, iki ölkə arasında əlaqələrin uzun illərdir yüksələn xətlə davam edən inkişaf tempi, öz sürətini daha da artıracaq. Xüsusilə də, Azərbaycan iqtisadiyyatı üçün sözügedən razılaşmanın mühüm perspektivlər vəd etdiyini söyləyə bilərik. Anlaşmanın ölkəmiz üçün müsbət nəticələri olaraq:

1. Azərbaycan məhsullarının İsrail bazarlarına çıxışı asanlaşacaq.

2. Ölkəmizə İsrail şirkətləri fonunda böyük investisiya axımı yaranacaq.

3. İsraildə yüksək inkişaf etmiş İKT sahəsi üzrə Azərbaycan üçün yeni imkanlar meydana gələcək.

4. Azərbaycan israilli turistlər üçün yeni və münasib turizm məkanına çevriləcək.

5. “Böyük Qayıdış” çərçivəsində Qarabağda quruculuq işlərinin aparılmasında, habelə iqtisadi infrastrukturun yaradılmasına İsrail şirkətlərinin marağı daha da artacaq.

Ümumilikdə isə bütün bu sadalanan faktlar, Azərbaycan-İsrail münasibətlərinin əsasını təşkil edən hərbi və siyasi əməkdaşlıqdan sonra, iqtisadi əlaqələrin də inkişafına böyük imkanlar yaranacağını deməyə əsas verir.

Nəticədə isə, Azərbaycanda istehsal olunan və İsraildə böyük tələbat görən neft-qaz məhsulları ilə yanaşı, eyni zamanda kənd təsərrüfatı məhsulları üçün də əlverişli bazar meydana gələcək.

Rəsmi Bakı və Tel-Əviv arasında münasibətlərin inkişafı gələcək dövrdə İsriailin münasibətləri heç də qaydasında olmayan bir sıra ölkələrlə də əməkdaşlığının yaranmasına gətirib çıxarması mümkündür. Xüsusilə də, Azərbaycanın yaxın müttəfiqləri olan Türkiyə və Pakistan kimi ölkələr də rəsmi Bakının vasitəçiliyi ilə İsraillə münasibətlərini normallaşdıra bilərlər.

Ümumilikdə isə, ticarət nümayəndəliyinin yaradılmasının Azərbaycanın İsraildə səfirliyinin açılması üçün təməl rolunu oynayacağını söyləyə bilərik.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO