Rəsmi Bakı Pakistana başsağlığı verdi

Rəsmi Bakı Pakistana başsağlığı verdi

Hazırda oxunan: Rəsmi Bakı Pakistana başsağlığı verdi

0:00
0:00
29114

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası ilə bağlı Pakistan xalqına başsağlığı verib.

Bizim.Media-nın məlumatına görə, nazir bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Qeyd edib ki, Pəncab əyalətində baş verən dəhşətli avtobus qəzası ilə bağlı xəbərlər Azərbaycanı çox kədərləndirib. 

“Qəza qurbanlarına Allah rəhmət etsin, yaralılara isə şəfa versin. Qurbanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığı veririk”, - deyə XİN başçısı qeyd edib.

Qeyd edək ki, Pakistanın Pəncab əyalətinin Dera Qazi-Xan şəhərində avtobusla treylerin toqquşması nəticəsində 28 nəfər ölüb, 40-dan çox sərnişin yaralanıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO