Azərbaycanın Ukraynadakı səfiri: - \

Azərbaycanın Ukraynadakı səfiri: - \"Sülhün nizamlanmasında Türkiyə mütləq iştirak edəcək\" - VİDEO

Hazırda oxunan: Azərbaycanın Ukraynadakı səfiri: - \"Sülhün nizamlanmasında Türkiyə mütləq iştirak edəcək\" - VİDEO

2884

Türkiyə hazırda Azərbaycanın əsas müttəfiqidir. Geosiyasi nəticə budur ki, bu gün yeni reallıqlar, yeni həqiqətlər formalaşır və hər kəs bunlara alışmalıdır.

Bu münaqişənin nizamlanmasında Rusiya ilə yanaşı Türkiyə də mütləq iştirak edəcək və burada təəccüblü heç nə yoxdur. Çünki Türkiyə 1991-ci ildən bizim yaxın müttəfiqimizdir və həmişə bizi dəstəkləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova “Ukrayna” telekanalında Savik Şusterin aparıcısı olduğu ən populyar “Svoboda slova” tok-şousunda söyləyib.

Səfir bildirib ki: “Biz qardaş ölkələr, qardaş xalqlarıq. Niyə məhz Rusiya və Türkiyə? Birincisi, Rusiyanın Türkiyə ilə birgə sülhməramlı fəaliyyət sahəsində gözəl təcrübəsi var''.

''Mənim fikrimcə, bu ölkələr Liviya və Suriyada kifayət qədər fəal və məhsuldar əməkdaşlıq ediblər''.

''Başqa kim olmalıdır? Bu iki ölkə münaqişənin nizamlanmasında həqiqətən maraqlıdırlar. Onlar bizim yaxın qonşularımızdır, onlar regiondakı böyük dövlətlərdir”.

Elmira Axundova vurğulayıb ki, bir xalqın torpaqları işğal altında olanda və xalq həmin torpaqları işğaldan azad etmək istəyəndə, buna uzun müddət və əsaslı hazırlıq görülməsi təbii haldır.

“Əlbəttə, bütün bu illər ərzində biz ərazilərimizin azad edilməsi üçün müharibəyə həm texnoloji, həm hərbi, həm də siyasi baxımdan hazırlaşmışıq, bunu heç kim gizlətmirdi.

Lakin hər şeydən əvvəl biz ölkəni iqtisadi cəhətdən möhkəmlətdik, çünki başa düşdüyünüz kimi, yalnız sabit iqtisadiyyata və güclü orduya malik olan ölkə belə qısa müddət ərzində müharibədə qalib gələ bilər”.

Səfir deyib ki, 26 il bundan əvvəl bizim xalqımız Qarabağı və ona bitişik rayonları tərk etməyə məcbur olanda oralar çox inkişaf etmiş və gözəl yerlər idi. Füzuli, Ağdam muzeylərlə, memarlıq abidələri, məbədlərlə zəngin şəhərlər idi:

“İndi isə oradakı sürrealist mənzərələri görənlər gözlərinə inana bilmir: özünü Adəm və Həvvanın dövründən bəri ən qədim, ən sivil adlandıran xalq bu torpaqda olan hər şeyi 99 faiz məhv edib.

Bunu necə adlandırmaq olar, bu nə deməkdir? Biz isə hazırlaşdıq, öz ölkəmizi qurduq, şəhərlər saldıq, öz dünyamızı qurduq. Biz inkişaf etmiş güclü dövlətə çevrildik və ona görə bu müharibədə düşmənə qalib gələ bildik.

Çünki biz həmrəy olmuşuq, çünki biz bunu istəmişik. Biz bunu özümüz etdik – bizim əsgərlər və bizim zabitlər!”, - deyə diplomat əlavə edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO