ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Şuşaya getməkdən imtina etməsinə rəğmən həmin dövlətlərin regionda əsas iqtisadi tərəfdaşı məhz Azərbaycandır.
Bizim.Media xəbər verir ki, iqtisadçı millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib ki, 2019-cu ildə Azərbaycanın ABŞ, Fransa və Rusiya ilə ümumi ticarət dövriyyəsi 4 milyard 601 milyon dollar olub:
MÖVZU İLƏ BAĞLI:
Hansı ölkələrin səfirləri Şuşaya gedib? - AZƏRBAYCANIN DOSTLARININ SİYAHISI
“Rusiya ilə 3 milyard 22 milyon dollar, ABŞ ilə 791 milyon 884 min və Fransa ilə 787 milyon 366 min dollarlıq dövriyyə qeydə alınıb.
Həmin il Ermənistanın sözügedən 3 ölkə ilə ümumi ticarət dövriyyəsi 2 milyard 209 milyon dollar olub. Düşmən ölkənin əsas xarici ticarət tərəfdaşı Rusiyadır. ABŞ ilə cəmi 183 milyon 93 min, Fransa ilə isə 91 milyon 666 min dollarlıq xarici ticarət dövriyyəsi qeydə alınıb”.
Vüqar Bayramov qeyd edir ki, Cənubi Qafqaz ölkələri olan ticarət ABŞ, Fransa və müəyyən mənada Rusiyanın ümumi ticarət dövriyyəsində xüsusi paya malik olmasa da, bu göstəricilər ölkələrin regiondakı iqtisadi güclərini aydın şəkildə göstərir.
Xatirə, Bizim.Media