İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul etdi – FOTO

İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul etdi – FOTO

Hazırda oxunan: İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul etdi – FOTO

274151

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.

Bizim.Media xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlanıb.

Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.
 

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.


Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO