Məlum olduğu kimi, İran nüvə sazişi üzrə bəzi öhdəliklərini dayandırdığını bildirib.
Xatırladaq ki, ötən ilin mayında ABŞ-ın bu sazişdəın birtərəfli şəkildə çıxması rəsmi Tehran tərəfindən narazılıqla qarşılanmışdı. Son vaxtlar ABŞ-ın artan hədə-qorxuları da Tehranı qəzəbləndirən siyasi addımlardan biri hesab olunur.
Baş verənlər regionda vəziyyətin mürəkkəbləşməsinə, İran-ABŞ qarşıdurmasının yeni mərhələyə daxil olmasına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Zərdşüt Əlizadə İranın bu məsələdəki mövqeyinin haqlı olduğunu söylədi:
“Trampın beynəlxalq müqavildən birtərəfli şəkildə çıxması, İsrailin 1967-ci ildə işğal etdiyi Suriya torpaqlarının ilhaqı qərarını təsdiqləməsi, işğal edilmiş Qüdsü ərəb hissəsi də daxil olmaqla İsrailin paytaxtı elan etməsi, ABŞ səfirliyini ora köçürmək qərarı, İrana qarşı qanunsuz sanksiyalar tətbiq etməsi, onun qanuni neft ixracı məsələsinə müdaxiləsi ona gətirib çıxardı ki, barış axtaran, təmkin göstərən, Avropanı, Yaponiyanı bu müqaviləyə əməl etməyə səsləyən İran gördü ki, ABŞ zordn başqa heç nə qanmır. Belə olduğu üçün deyir ki, mən də əlimdən gələni edəcəm. İran müstəqil dövlət hüququnun pozulmasına imkan verməyəcəyini bildirir. Necə, nə qədər böyük bir dövlət olrusa-olsun, onun qədim və mədəni bir dövlətə, xalqa öz iradəsini qəbul etdirməsi mümkün deyil. İranın nüvə sazişi üzrə bəzi öhdəliklərini dayandırması bununla bağlıdır. Bu proseslərin sonu hara aparacaq, bilmirəm. Lakin bir şeyi bilirəm ki, ABŞ İranı diz çökdürə bilməyəcək”.
xa0
Seymur ƏLİYEV




























































































