Saida Mirziyoyeva Mehriban Əliyevanı TƏBRİK ETDİ

Saida Mirziyoyeva Mehriban Əliyevanı TƏBRİK ETDİ

Hazırda oxunan: Saida Mirziyoyeva Mehriban Əliyevanı TƏBRİK ETDİ

266986

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.
 

Böyük sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə təbrik edir və ən səmimi arzularımı çatdırıram.Parlaq, çoxtərəfli ictimai və dövlət xadimi, sevimli həyat yoldaşı və ana kimi Sizə həmişə heyranam.


Siz təmiz və fədakar ürəyiniz, xeyirxah əməlləriniz ilə haqlı olaraq bütün Azərbaycan xalqının məhəbbətini, Özbəkistanda və dünyanın digər ölkələrində böyük hörmət qazanmısınız.

Bu gözəl gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ailə səadəti, mənəvi harmoniya, bütün yaxşı təşəbbüslərinizi həyata keçirmək naminə tükənməz güc və enerji arzulayıram.

Qoy, həyatınız həmişə sevinc, yaxınlarınızın qayğısı və dəstəyi ilə dolsun!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO