Çavuşoğlu: “Qalan torpaqlar cədvəl əsasında Azərbaycana qaytarılacaq”

Çavuşoğlu: “Qalan torpaqlar cədvəl əsasında Azərbaycana qaytarılacaq”

Hazırda oxunan: Çavuşoğlu: “Qalan torpaqlar cədvəl əsasında Azərbaycana qaytarılacaq”

2436

“Qalan torpaqlar təqdim edilmiş cədvəl əsasında Azərbaycana geri qaytarılacaq”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən birgə ağacəkmə mərasimində bildirib.

Çavuşoğlu bildirib ki, ondan sonrakı dönəmdə həmin torpaqların canlanması olacaq: “Bundan sonrakı dönəmdə də biz qardaş Azərbaycanın yanında olacağıq.

Azərbaycanla, qəhrəman Azərbaycan Ordusu ilə də fəxr edirik, qürur duyuruq. Türkün gücünü bütün dünyaya göstərdilər. Türkün güvəni bütün dünyada özünə qayıtdı. Buna görə də qürur duyuruq, fəxr edirik”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO