Xəbər verdiyimiz kimi, Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
Bizim.Media Şahin Babayevin dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
AZCON-un icraçı direktoru təyin olunan Şahin Babayev KİMDİR? – DOSYE
Şahin Babayev 1988-ci ildə anadan olub.
2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışmağa başlayıb.
2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.
2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.
2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Şahin Babayev Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
O, ingilis və rus dillərini bilir.
Bizim.Media