Ceyhun Bayramovla latviyalı həmkarı arasında telefon DANIŞIĞI: Nələr müzakirə olundu?

Ceyhun Bayramovla latviyalı həmkarı arasında telefon DANIŞIĞI: Nələr müzakirə olundu?

Hazırda oxunan: Ceyhun Bayramovla latviyalı həmkarı arasında telefon DANIŞIĞI: Nələr müzakirə olundu?

233050

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Baiba Braje telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. 
 

Həmçinin iki ölkə arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub. 


Telefon danışığında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO