Antiterror tədbirləri dayandırıldı - MN-dən SON DƏQİQƏ AÇIQLAMASI

Antiterror tədbirləri dayandırıldı - MN-dən SON DƏQİQƏ AÇIQLAMASI

Hazırda oxunan: Antiterror tədbirləri dayandırıldı - MN-dən SON DƏQİQƏ AÇIQLAMASI

230056

Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

 

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

 

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

 

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO