Ermənistanın Tavuş vilayətinin Verin Karmiraxbyur kəndinin 1975-ci il təvəllüdlü sakini Azərbaycanla sərhədi keçməyə çalışıb.xa0
O, öz köynəyini ağ bayraq kimi istifadə edib.xa0
Məlumatlara görə, mayın 1-də baş verən hadisənin qarşısı erməni sərhədçiləri tərəfindən alınıb.xa0
Bildirilib ki, Karmiraxbyur orta məktəbini bitirdikdən sonra həmin şəxs Rusiya hərbi peşə məktəbinə daxil olub. O, uzun müddət Qazaxıstanda yaşayıb, Qazaxıstan və Ermənistan vətəndaşlığını daşıyır, iki uşağı var.xa0
Təxminən bir ay əvvəl o, anasının yaşadığı Verin Karmiraxbyura qayıdıb. O, sərhədçilərə bildirib ki, Azərbaycan tərəfinə Qarabağın erməni torpağı olduğunu sübut edən sənədlər vermək istəyirmiş.xa0
Həmin şəxsin psixi pozğunluğunun olduğu bildirilib.xa0
Onun işi ilə hərbi polis və Ermənistan Milli Təhlükəsizlik Xidməti məşğul olur. 12 və ya 13 mayda Qazaxıstana uçmaq üçün İrəvan aeroportuna gələn şəxs naməlum səbəblərdən biletini cırıb və kəndinə qayıdıb.
						
						
					 
					
































































































