Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinnereym ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycanın COP29-da sədrliyi çərçivəsində Norveçlə əməkdaşlıq imkanları, həmçinin regional məsələlər müzakirə edilib.
Ceyhun Bayramov COP29-un sədrliyinin gündəliyi, Azərbaycanın iqlimlə mübarizə və iqlimin maliyyələşdirilməsi sahəsində təşəbbüsləri barədə məlumat verib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:53 / 16.11.2024
Ceyhun Bayramov norveçli naziri QƏBUL ETDİ - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov norveçli naziri QƏBUL ETDİ - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov norveçli naziri QƏBUL ETDİ - FOTO
220999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
16:21
“"Liverpul" dünyada ən uğurlu futbol klublarından biridir” - Klubun sosial layihələr direktoru
13:00