Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsində paylaşım edilib.
“Novi Sadda baş verən, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmasını diləyirik”, - paylaşımda yazılıb.
Qeyd edək ki, dünən Serbiyanın Novi Sad şəhərində dəmiryol vağzalının tavanı uçub. Nəticədə 14 nəfər həyatını itirib.
Bizim.Media