İlham Əliyev: ”Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk”

İlham Əliyev: ”Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk”

Hazırda oxunan: İlham Əliyev: ”Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk”

214336

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk. İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Almaniya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvar olduğumu bildirirəm.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO