\

\"Fələstin bayrağı türklərə qarşı yaradılıb\" – Politoloqdan maraqlı FAKT

Hazırda oxunan: \"Fələstin bayrağı türklərə qarşı yaradılıb\" – Politoloqdan maraqlı FAKT

21430

Fələstin bayrağının yaradılması barədə maraqlı faktı politoloq Əli Hacızadə açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook sosial şəbəkə hesabında məlumat verib.

Politoloqun sözlərinə görə Fələstin bayrağı xüsusi yaradılan bir atribut olub və üsyan mənasını daşıyıb.

“Yəni hazırki Fələstin bayrağı, 1916 il türklərə qarşı ərəb üsyanının bayrağıdır”. 
 

MÖVZU İLƏ BAĞLI:

Fələstin İsrailə yenə raket atdı – VİDEO


Politoloq bildirib ki, birinci dünya müharibəsi zamanı, Rusiya və Fransa erməniləri silahlandırıb imperiyanın şimal-şərqində erməni üsyanları və erməni silahlı dəstələri təşkil etdilər. 

“Britaniya isə, daha çox ərəb vilayətləri ilə maraqlanırdı, Britaniya kəşfiyyatı bir sıra ərəb ailələri və qəbilələri ilə onlara pul və müxtəlif vədlər verməklə ittifaq yaradaraq onları Məkkə şəriflərinin rəhbərliyi altında “türklərə qarşı böyük ərəb üsyanını” başladmağa təhrik edə bildi. Lakin, üsyandan əvvəl, ingilislər fikirləşdi ki, bu adamlara (üsyan etmiş ərəblərə) bir vahid bayraq lazımdı və onda ingilis diplomat, ərəblər üçün indi Fələstin bayrağı kimi bilinən bayrağı yaratdı (bir sıra ərəb dövlətlərinin bayrağı da bu bayraqdan ilhamlanaraq yaradılıb)”.

Sonda  Ə.Hacızadə bu sözlərlə fikrini tamamlayıb: 

“Bu gün minlərlə türk vətəndaşı bu bayraqla, (hətta bəzən bu bayrağı türk bayrağından daha yuxarı yerləşdirməklə) meydanlara çıxanda, yagin ki, hardasa Londonda kimlərsə ikili hisslər keçirir...”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO