İlham Əliyev Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun AÇILIŞINDA

İlham Əliyev Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun AÇILIŞINDA

Hazırda oxunan: İlham Əliyev Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun AÇILIŞINDA

212158

Daha sonra dövlətimizin başçısı “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) divar kağızları istehsalı zavodunun açılışında iştirak etdi.

Bizim.Media xəbər verir ki, “Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Ərazisi 1,6 hektar olan müəssisədə divar kağızlarının istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. İllik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

Alman texnologiyasından istifadə edilən müəssisədə istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.

“Mister Decor” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 400 min manatdan çox vəsaitə qənaət edib.

Dövlətimizin başçısı zavodu işə saldı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO