Cahit Bağçı: “Azərbaycanla müttəfiqliyimiz bu torpaqlarda axan qanlardan cücərdi” - FOTO

Cahit Bağçı: “Azərbaycanla müttəfiqliyimiz bu torpaqlarda axan qanlardan cücərdi” - FOTO

Hazırda oxunan: Cahit Bağçı: “Azərbaycanla müttəfiqliyimiz bu torpaqlarda axan qanlardan cücərdi” - FOTO

211562

Sentyabrın 15-də Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişinin və paytaxtımızın bolşevik işğalından azad edilməsinin 106-cı ildönümü münasibətilə tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Şəhidliyin xatirə dəftərini imzalayan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib:

“Müttəfiqliyimiz bu torpaqlarda axan qanlardan cücərdi, qardaşlığımız əziz xatirələrinizlə daha da gücləndi. Qardaş Azərbaycanın müstəqilliyi uğrunda şəhadəti vəzifə bilib tarixə yazdığınız dastana bənzər qəhrəmanlıqlar 2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını erməni işğalından azad etməsi üçün də ilham mənbəyi oldu.

Azərbaycanın haqlı mübarizəsində Türkiyənin siyasi və mənəvi dəstəyi ilə qazanılan Qarabağ Zəfərindən sonra - 2021-ci il iyunun 15-də Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərin gələcəyi üçün ən önəmli yol xəritəsi və yeni müttəfiqliyin bəyanı oldu”.

Daha sonra Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzülüb.

Mərasim iştirakçıları, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO