İlham Əliyevdən Ermənistana MESAJ: “Heç kimə bel bağlamasınlar” - VİDEO

İlham Əliyevdən Ermənistana MESAJ: “Heç kimə bel bağlamasınlar” - VİDEO

Hazırda oxunan: İlham Əliyevdən Ermənistana MESAJ: “Heç kimə bel bağlamasınlar” - VİDEO

20772

“Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnağarası “müzəffər və güclü” ordusu ilə öyünürdülər”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələrinin Şuşanın qaytarılması ilə bağlı  verdiyi bəyanatlara münasibət bildirərkən deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən STATUS AÇIQLAMSI: “Etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı yer seçsin”


Dövlər başçısı söyləyib ki, Ermənistanın revanşist fikirlərlə yaşaması üçün nə güc, nə iradə, nə hər hansı bir mənəvi haqq var. 

“Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər.

Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik.

Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO