Parlament seçkilərini 24 beynəlxalq qurum müşahidə edəcək

Parlament seçkilərini 24 beynəlxalq qurum müşahidə edəcək

Hazırda oxunan: Parlament seçkilərini 24 beynəlxalq qurum müşahidə edəcək

205715

Növbədənkənar parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 38 min 744 yerli müşahidəçi akkreditasiyadan keçib.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 8-də keçirilən iclasında məlumat verib.
 

M.Pənahov bildirib ki, həmin müşahidəçilərdən 5621-i MSK-da, 33 min 123-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 24 beynəlxalq qurumdan və 43 ölkədən 228 nəfər akkreditə olunub.


Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO