İlham Əliyev: “Paşinyan mənimlə danışmaq istəmirsə, hansı sülhdən söhbət gedə bilər” - VİDEO

İlham Əliyev: “Paşinyan mənimlə danışmaq istəmirsə, hansı sülhdən söhbət gedə bilər” - VİDEO

Hazırda oxunan: İlham Əliyev: “Paşinyan mənimlə danışmaq istəmirsə, hansı sülhdən söhbət gedə bilər” - VİDEO

202867

Azərbaycan Prezidenti İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Britaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb.

Bizim.Media sülh sazişinin mətni üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlətimizin başçısı baş nazir Paşinyanın onunla Britaniyada görüşməkdən imtina etdiyini xatırladıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada II Qlobal Media Forumu keçirilir, İlham Əliyev Forumda çıxış edir - VİDEO


Deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik.

Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münxendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti bildirib:

“Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO