Pakistanın neft naziri İlham Əliyevin Pakistana ikigünlük səfərindən DANIŞDI

Pakistanın neft naziri İlham Əliyevin Pakistana ikigünlük səfərindən DANIŞDI

Hazırda oxunan: Pakistanın neft naziri İlham Əliyevin Pakistana ikigünlük səfərindən DANIŞDI

201524

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Pakistana iki günlük səfərə gedəcək. İnformasiyanı Pakistan Xarici İşlər Nazirliyi yayıb.

Bizim.Media "Associated Press of Pakistan" nəşrinə istinadən xəbər verir ki, Prezidentin səfərinə Pakistanın neft naziri Musadiq Malik münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan Pakistana 2-3 milyard dollar sərmayə qoymağı nəzərdən keçirir.

Pakistanlı nazir qeyd edib ki, Azərbaycan xüsusilə faydalı qazıntılar, neft və qaz sektorlarına investisiya qoymaqda maraqlıdır.

Musadiq Malik bildirib ki, Azərbaycan neft-qaz kəşfiyyatı sektoruna diqqət yetirir və ölkə mayeləşdirilmiş təbii qaz sektoruna da investisiyaları genişləndirməyə çalışır.

Neft naziri əlavə edib ki, Azərbaycan prezidentinin ölkəyə səfərinin ölkələr arasında ikitərəfli əlaqələri gücləndirməsi gözlənilir:

"Müzakirələrə tekstil ixracının artırılması və iki ölkə arasında İT sektorunun təşviqi də daxildir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO