Ermənistan və qondarma rejim tərəfindən biri digərinə zidd olan çoxlu sayda yalan və saxta məlumatlar yayılır. Nəticədə bu kimi saxta məlumatların ifşası üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac qalmır".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan müdafiə nazirinin AR Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni hərbçilərlə fotoşəkli Ermənistanın muzdlularla bağlı saxta kampaniyasını alt-üst etdi. Ermənistanın Müdafiə Nazirliyi və digər qurumları yeni muzdlu barədə məlumat verəcəklərini bəyan etdikləri halda, Ermənistanın Ədliyyə Nazirliyi üçüncü muzdlunun olmadığını etiraf etdi:
"Yəqin ki, səhnələşdirilmiş teatr üçün müvafiq şəxsi tapa bilməyiblər. Süni ruh yüksəkliyi yaratmaq üçün özünü bloqer adlandıran şəxslər cəlb olunaraq Ermənistan tərəfindən həmçinin saxta döyüş səhnələri hazırlanır".
"İşğaldan azad edilmiş ərazilərimizdə mülki insanın öldürülməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır. Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biri də odur ki, Azərbaycan mülki insanlarla savaş aparmır".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:07 / 04.11.2020
mülki insanın öldürülməsi dezinformasiyadır.
Hazırda oxunan: mülki insanın öldürülməsi dezinformasiyadır.
Hazırda oxunan: mülki insanın öldürülməsi dezinformasiyadır.
1996
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.