NATO-nun tarixi SINAĞI - Alyans Ukrayna imtahanından ÜZÜAĞ ÇIXA BİLƏCƏK?

NATO-nun tarixi SINAĞI - Alyans Ukrayna imtahanından ÜZÜAĞ ÇIXA BİLƏCƏK?

Hazırda oxunan: NATO-nun tarixi SINAĞI - Alyans Ukrayna imtahanından ÜZÜAĞ ÇIXA BİLƏCƏK?

197283

“Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq, onları general Kristofer Kavolinin rəhbərliyi altında alyansın komanda strukturları əlaqələndirəcək”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“Gördük ki, ABŞ 6 ay ərzində Ukraynaya əlavə yardımı razılaşdırıb, həmçinin NATO-nun bütün ölkələrinin silah tədarük etmədiyini görürük. Əgər bunu könüllü tədarüklərdən NATO qarşısında öhdəliklərə çevirsək, əlbəttə tədarüklər daha böyük və etibarlı olacaq. Fərq ondadır ki, o zaman NATO-nun komanda strukturundan və ümumi maliyyəsindən istifadə edəcəyik. Müharibə nə qədər uzun olarsa, proqnozlaşdırıla bilmək, hesabat vermək və xərclərin ədalətli bölüşdürülməsi bizim üçün o qədər vacibdir", - o deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Putindən SÜLH AÇIQLAMASI – “Sabah danışıqlar masasına oturmağa hazırıq” - VİDEO


Qeyd edək ki, NATO ölkələri daxilində Ukraynaya hərbi dəstək məsələsində yekdil fikir yoxdur.

Macarıstan və Slovakiya bu məsələdə NATO-nun ümumi düşüncələrini bölüşmürlər. Onlar əksinə, güzəştli şərtlərlə sülh danışıqlarına başlamağın vacib olduğunu bəyan edirlər. 

Bundan başqa, Avropa Parlamentinə keçirilən son seçkilər göstərdi ki, qitənin bir sıra ölkələrində ultra sağların hakimiyyətə gəlmə şansları artıb. Belə ölkələrdən biri də Ukraynaya NATO qoşunlarını göndərməyi təklif edən Fransadır. Hansı ki, bu ölkənin nüfuzları artmaqda olan qatı sağ partiyaları Ukrayna müharibəsinin dayandırılması tələbilə çıxış edirlər. Bu isə onu deməyə əsas verir ki, bir sıra NATO ölkələri daxilində ultrasağların iqtidara gəlişilə hərbi qurum daxilində Ukraynaya dəstək məsələsində ziddiyyətlər də artacaq. 

NATO ölkələrinin bir çoxu belə vəziyyətdə çətin ki, Stoltenberqin Ukraynaya silah tədarükünün məcburi olacağı barədə təklifini qəbul etsin. 

Yaranmış vəziyyət belədə hərbi alyansın parçalanmasına rəvac verə bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, alyansın parçalanması məsələsi verilən qərarın birbaşa müharibədə özünü necə doğruldub-doğrultmayacağından asılı olacaq:

“Əslində Rusiya Ukrayna müharibəsi başladılan zaman bu uzun müddətli perspektivə hesablanan müharibə idi. Rusiyanın potensialını nəzərə alsaq, hər kəsə bəlli idi ki, qısa müddətdə ona qalib gəlmək mümkün deyil. Hazırda NATO-nun bu sayaq davranışlarını müharibəyə sistemli forma vermək cəhdləri kimi qiymətləndirmək lazımdır. NATO müttəfiqlərinin kütləvi sinxron hərəkətinə maneə olacaq problemləri aradan qaldırmağa nail oldu. 

Hərbi alyans İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsində Türkiyənin tələblərini yerinə yetirdi. Bir gün öncə isə NATO-nun qərarlarını bloklayan Macarıstanla bağlı razılaşma əldə edildi. Razılaşmaya görə, Budapeşt NATO-nun qərarlarına müdaxilə etməyəcək. Eyni zamanda, özü qurumun Rusiyaya qarşı verilən qərarların icrasında iştirak etməyəcək”. 

Deputat düşünür ki, bu fonda NATO müharibəni yeni mərhələyə daşıya bildi və uzun müddətli perspektivdə savaşı davam etdirmək şansı qazandı: 

“Bu kontekstdən baxdıqda, planlaşdırılan yeni strategiya səmərəli olarsa, proses NATO-nun parçalanmasından daha çox, onun eyni məqsəd uğrunda birləşməsinə təkan verə bilər. Lakin səmərəli olmadığı təqdirdə, onun tam tərsi baş verəcək. Ona görə də önümüzdəki bir neçə ayda NATO-nun yeni davranışlarının ilkin nəticələrini gözləməliyik. Yeni alınan qərarlar birbaşa müharibədə özünü doğruldub-doğrultmayacağını göstərəcək. Yalnız bundan sonra prosesin NATO-nun parçalanması, yoxsa daha da birləşməsinə gətirib çıxaracağı məsələsi müzakirə edilə bilər”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO