Qarabağda sənədsiz evləri dövlət özü tikəcək - ŞƏRH

Qarabağda sənədsiz evləri dövlət özü tikəcək - ŞƏRH

Hazırda oxunan: Qarabağda sənədsiz evləri dövlət özü tikəcək - ŞƏRH

1948

Müdafiə Nazirliyinin yaydığı görüntülər əsasən deyə bilərik ki,  işğaldan azad edilən kəndlərin böyük hissəsinin, xüsusilə də Füzuli və Cəbrayıl rayonunda daş üstə daş qalmayıb.

Bəs işğaldan azad olunan ərəazilərə böyük qayıdışdan sonra insanlar öz mülklərinə necə sahib ola biləcəklər? Və ya  əmlakı ilə bağlı sənədi olmayan vətəndaşlarımıza ev-eşikləri hansı qaydalar əsasında geri qaytarılacaq?

Əmlak məsələləri üzərə ekspert Ramil Osmanlı mövzu ilə bağlı  Bizim.Media-ya fikirlərini bölüşüb.

İşğaldan azad olunan ərazilərimizin sakinlərin əmlaklarının sənədi yoxdursa, ailə təəsərüfatı torpaqlarının hesabına yaşayış təyinatlı torpaqların bölgüsü müəyyən oluna bilər:

“Bu o halda mümkündür ki, fərdin əmlakını təsdiq edəcək heç bir sənədi yoxdur. Yox əgər sənəd varsa ev tamamilə yoxdursa, vətəndaşın əmlakı dövlət hesabına tikilib ona təhvil veriləcək. Evləri yararsız halda olan vətəndaşlarımızın tikilisi isə köhnə sənədlər əsasında bərpa olunub, geri qaytarılacaq”.

Sovet dövründən sonra Azərbaycanın rayonlarında vətəndaşlara pay torpaqları bölünüb verilib. Qarabağ işğalda olduğu üçün bu ərazinin sakinlərinə pay torpaq bölgüsü olmayıb. Maraqlıdır bu vətəndaşlarımıza pay torpaqlara necə müəyyən olunacaq?

Ramil Osmanlı bildirir ki, pay torpaqların bölgüsü həmin ərazidə uzun müddət yaşayan müvafiq qurumlarda çalışan şəxslərə Dövlət İslahat Komisiyası tərəfindən verilirdi. İndi bu işləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirir.

Düşünürəm ki, böyük qayıdışdan sonra pay torpaqların bölünməsində ciddi probem olmayacaq. Əksinə həmin ərazilərdə yeni xəritələrin hazırlanması və bölgüsü daha obyektiv şəkildə aparılacaq.

Pay torpaqların bölünməsində o zaman elektron xəritələr olmadığına görə, problemlər olurdu. İndi bu prosses daha asan və obyektiv şəkildə aparılacaq” – deyə əlavə edib.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO