Çin və Pakistan İranla əməkdaşlığa başlayır - Azərbaycana xeyri olacaqmı? 

Çin və Pakistan İranla əməkdaşlığa başlayır - Azərbaycana xeyri olacaqmı? 

Hazırda oxunan: Çin və Pakistan İranla əməkdaşlığa başlayır - Azərbaycana xeyri olacaqmı? 

19379

Çin və Pakistan arasında uzun illərdir davam edən əməkdaşlıq hər kəsə məlumdur. Lakin mart ayının sonlarında Çinlə İran İslam Respublikası arasında bağlanan 25 illik əməkdaşlıq müqaviləsi bu ölkələr arasındakı münasibətlərdə yeni mərhələnin başlamasına işarə etdi.

Müqavilə çərçivəsində Çin İrana 25 il müddətində ümumilikdə 400 milyard dollar həcmində investisiya ayıracaq.
 

MÖVZU İLƏ BAĞLI:

Çin Qarabağda ABŞ-a qalib gəldi


Pakistan və İran arasında isə iqtisadi, siyasi və hərbi əməkdaşlıq təcrübəsi o qədər də, dərin köklərə malik deyil. Lakin aprelin 20-də  Pakistan Xarici İşlər Naziri Şah Mahmud Qureşinin İrana səfəri bu iki ölkə arasındakı münasibətləri isitmiş oldu. 

Ekspertlər İran və Pakistan arasında problem olaraq ilk sırada məzhəb ayrılığını görürlər. Onların fikrincə hər iki ölkə islam dövləti olsa da bu faktor ümumi strategiyaya zaman-zaman ziyan vura bilər.

Lakin Çinin hər iki ölkə ilə yaxın münasibəti İran-Pakistan əlaqələrinə də sirayət edəcək. Bu üç ölkə arasında əməkdaşlığın böyüməsi dünyada daha bir dirəniş blokunun yaranmasına səbəb ola bilər. 

Asiya ərazisində gəlişmələrdəki hərəkətlilik ABŞ qoşunlarının Əfqanıstan ərazisini tərk etməsi ilə də bağlıdır. Bu həm yarana biləcək terror təhlükəsinə qarşı birgə mübarizə üsullarının formalaşdırılması, həm də Əfqanıstanı fürsət düşmüşkən təsir dairəsinə almaqdan ibarətdir. “Taliban” amili hər iki cinahı düşünməyə vadar edir. 
 

Amma bu ölkələri birləşdirən ən önəmli nöqtə hər üç ölkənin ABŞ tərəfindən sanksiyalara məruz qalmasıdır. İndi bu üçlü ittifaq İran iqtisadiyyatı üçün həyati əhəmiyyətə malikdir. Belə ki, hazırki vəziyyətdə Çin İran nefti və qazı üçün ən ideal bazardır. Həmçinin nüvə silahına malik bu iki ölkə ilə əməkdaşlıq, İranın uranı zənginləşdirmə prossesini sürətləndirəcək. Bu İranı həm Qərbə qarşı, həm də bölgədə daha da güclənməsinə təkan verəcək.


Lakin Qərb ölkələri bu əməkdaşlığın böyüməsində maraqlı deyil. Çünki bu ölkələrin iqtisadi inkişafı onları bölgədə əsas söz sahibinə çevirəcək və Qərbin bölgədəki nüfuzunun azalmasına səbəb olacaq.

İranın güclənməsi hazırda region ölkələri üçün o qədər arzu olunan olmasa da Türkiyə və Azərbaycan üçün faydalı görünür. 

Çin, Pakistanla Azərbaycanın yaxşı əməkdaşlıq münasibətləri var. İran isə ən yaxın cənub qonşumuzdur. Bu 3 ölkə arasında iqtisadi əməkdaşlığın güclənməsi istehsalın artmasına və bununla əlaqədar olaraq  İpək yolu üzərindən daşınmaların artmasına səbəb olacaq. Bu artım İpək yolunun keçdiyi digər ölkələr kimi Azərbaycana da böyük fayda gətirəcək. 

Ümumilikdə isə Çin-Pakistan-İran ittifaqına cəhd Qərb və ABŞ-a qarşı siyasi manevr kimi də dəyərləndirilə bilər. Geopalitikada hazırkı radikallaşma və aqressiv fonun artması bunu deməyə əsas verir. Yaxın gələcəkdə qütblər boyu atılacaq addımlar hər şeyi su üzünə çıxaracaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO