Azərbaycan-ABŞ ikitərəfli gündəliyinin müxtəlif aspektləri müzakirə edilib

Azərbaycan-ABŞ ikitərəfli gündəliyinin müxtəlif aspektləri müzakirə edilib

Hazırda oxunan: Azərbaycan-ABŞ ikitərəfli gündəliyinin müxtəlif aspektləri müzakirə edilib

193757

Mayın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov ABŞ-ın Men ştatında fəaliyyət göstərən Men-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Səməd Seyidov Azərbaycan-ABŞ münasibətləri barədə danışıb, ikitərəfli gündəliyin müxtəlif aspektləri barədə fikirlərini səsləndirib.

Dünyada cərəyan edən proseslər fonunda regionda yaranmış yeni reallıqlar barədə məlumat verilib. Qeyd olunub ki, münaqişə sona yetdikdən sonra Azərbaycan sülhə sadiqliyini nümayiş etdirib. Bildirilib ki, bu gün sülh gündəliyinin irəli aparılması üçün yaxşı imkanlar mövcuddur.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin bu ərazilərdə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması prosesindən danışılıb.

Men-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov rəhbərlik etdiyi Cəmiyyətin Men ştatındakı fəaliyyəti barədə ətraflı məlumat verib. Səfərin məqsədləri, keçirilən görüşlər barədə danışan qonaq, bu səfərin Azərbaycan həqiqətlərinin çatdırılması baxımından mühüm əhəmiyyətini qeyd edib.

Görüşdə iştirakçıları Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivlərinə dair fikirlərini səsləndiriblər, qarşılıqlı görüşlərin, müntəzəm təmasların əhəmiyyətini qeyd ediblər.

Çıxış edən qonaqlar Azərbaycana səfərləri çərçivəsində Şuşa və Laçın şəhərləri ilə tanışlıq zamanı gördükləri təəssüratları bölüşüblər.

Münaqişədən sonra Azərbaycan hökumətinin regionda apardığı irimiqyaslı yenidənqurma işlərindən, 30 ildən sonra məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasından məmnunluq ifadə olunub. Səfərin Azərbaycan həqiqətləri barədə məlumat almaq baxımından əhəmiyyətli olduğu qeyd olunub.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO