Prezident: “COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir”

Prezident: “COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir”

Hazırda oxunan: Prezident: “COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir”

190074

COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edərkən deyib. 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır. 

Prezident İlham Əliyev onu da qeyd edib ki, bu günlərdə Azərbaycan, Özbəkistan və Qazaxıstanın Energetika və İqtisadiyyat nazirliklərinin birgə iştirakı ilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının Xəzərin dibi ilə Azərbaycana ötürülməsi və buradan da Avropaya ixrac edilməsi barədə yeni layihənin əsası qoyulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO