Paşinyan bu gün Qazaxla sərhədə gəlir - 4 kəndimiz geri qaytarılacaqmı?

Hazırda oxunan: Paşinyan bu gün Qazaxla sərhədə gəlir - 4 kəndimiz geri qaytarılacaqmı?

187569

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "news.am" saytı yazıb.

Mənbə qeyd edir ki, o, sərhəd kəndinin sakinləri ilə görüşməyi planlaşdırıb.

Xatırladaq ki, Voskepar kəndinin sakinləri məktub yazaraq Nikol Paşinyana, Alen Simonyana və Ararat Mirzoyana 2 gün vaxt veriblər və bildiriblər ki, onlardan biri mütləq Voskepara baş çəkməlidir.

Qeyd edək ki, Paşinyan bu il ikinci dəfə Voskepara gəlir. Kənd camaatı ilə əvvəlki görüş rahat keçməyib. İclasın mövzusu işğalda olan 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsi olub. Kənd sakinləri buna qarşı öz narazılıqlarını bildiriblər. 

Paşinyan onlara deyib ki, bu kəndlər geri qaytarılmalıdır, əks halda müharibə başlayacaq.

Nikol Paşinyan son mətbuat konfransında bu kəndlərin Ermənistana aid olmadığını bəyan edib.

Yeri gəlmişkən, Ermənistan indiyədək Qazaxın 7, Naxçıvanın 1 kəndini işğalda saxlayır.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO