Rusiya-Şərqi Avropa “diplomatlar” savaşı

Rusiya-Şərqi Avropa “diplomatlar” savaşı

Hazırda oxunan: Rusiya-Şərqi Avropa “diplomatlar” savaşı

18363

Son günlərdə Ukraynanın şərqində münaqişənin yenidən alovlanması və bölgədə tərəflərin müharibə siqnalları verməyə başladıqları müşahidə olunur. ABŞ-ın aprelin 15-də 10 rus diplomatını ölkədən çıxarmasının ardınca keçmiş sosialist bloku ölkələri olan Polşa və Çexiya da rus diplomatları ölkədən çıxardıqlarını açıqlayıb.

Polşa bu addıma səbəb kimi Rusiyanın bölgədəki təcavüzkar əməllərini, Çexiya isə 2014-cü ildə silah anbarında baş verən partlayışda rus diplomatların əli olmasını göstərir.

Rusiya ABŞ, Çexiya və Polşanın bu addımlarına oxşar şəkildə qarşılıq verib. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov açıqlamasında ölkələrin bu addımı ABŞ-ı məmnun etmək üçün atdığını bildirib.

Polşa və Çexiyanın İkici Dünya Müharibəsindən sonra faktiki olaraq SSRİ-nin asılılığında olması, SSRİ dağıldıqdan sonra  onların Rusiyaya qarşı mövqe tutmasına və qərbyönümlü siyasət yürütməsinə səbəb olmuşdur. Rusiyanın günümüzdə yenidən təcavüzkar hərəkətlər etməsi bu ölkələrin Rusiyaya qarşı siyasətini daha da sərtləşdirməsində əsas amildir.

Polşa və Çexiyanın bu addımları atmasındakı əsas səbəb münaqişədə Ukraynaya dəstəklərini nümayiş etdirmək və Rusiyanı hərbi əməliyyatlardan çəkindirməkdir.

Çünki münaqişədə status-kvonun qorunması Rusiyanın Şərqi Avropada nüfuzunu qoruması, eyni zamanda Polşa və Çexiya üçün hər zaman təhdid olaraq qalması deməkdir.

Çexiya hökumətinin diplomatları qovmaqda əsas məqsədi baş verə biləcək hərbi əməliyyatlarda Ukraynaya hərbi yardım göstərə biləcəyi mesajını verməkdir.

Lakin Rusiya öz sərt mövqeyini ortaya qoymaqla Donbas məsələsinin  onlar üçün nə qədər önəmli olduğunu və geri addım atmayacağını göstərir. Əgər Donbas münaqişəsi Ukraynanın lehinə başa çatarsa və Ukrayna NATO-ya üzv olarsa, bu Rusiyanın şərq sərhədlərinin (Belarus xaric) bütünlükdə NATO ölkələri ilə əhatə olunmasına gətirib-çıxaracaq.

Bu da Rusiyanın böyük güc olaraq sonu deməkdir.

Çexiya və Polşanın diplomatları qovmasının Rusiyanı təcavüzkar əməllərindən çəkindirməsi inandırıcı görünmür. Həmçinin digər NATO ölkələrinin yardımı olmadan bu iki ölkənin mümkün müharibədə nəticəni dəyişdirə bilmək ehtimalı o qədər də inandırıcı deyil.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO