Lukaşenko: “Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndiririk”

Lukaşenko: “Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndiririk”

Hazırda oxunan: Lukaşenko: “Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndiririk”

178364

Fevralın 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko səkkiz ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev də etimadnaməsini təqdim edib.

Lukaşenko bu yaxınlarda keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanmış İlham Əliyevə konstruktiv yanaşmasına görə xüsusi minnətdarlığını bildirib. 

Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan daha fəal istifadə etməyi təklif edib və bildirib ki, “biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO