\'\'Ermənistan müharibəni uduzub, status şansı qalmayıb\'\' - Metyu Brayza

\'\'Ermənistan müharibəni uduzub, status şansı qalmayıb\'\' - Metyu Brayza

Hazırda oxunan: \'\'Ermənistan müharibəni uduzub, status şansı qalmayıb\'\' - Metyu Brayza

17733

“Əliyevin də dediyi kimi, Azərbaycanın perspektivindən baxdıqda, Qarabağ münaqişəsi bitib, artıq həll olunub. 2020-ci il noyabrın 9-da qəbul olunan bəyanat elə bu barədədir”.

Bizim.Media-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Diplomatın sözlərinə görə, bu, onların illər ərzində Minsk Qrupu çərçivəsində “Madrid prinsipləri”nə əsaslanan həll yolunun bənzəridir:

“Bu prinsipləri 2009-cu ildə Ermənistan və Azərbaycan tərəfi qəbul etmişdi. Beləliklə, bu nəticə ədalətlidir, çünki ortada hər iki ölkənin razılığı var. Olmayan isə Dağlıq Qarabağın qanuni statusu ilə bağlı məsələdir. Dağlıq Qarabağın qanuni statusu ilə bağlı məsələnin şansı qalmayıb, çünki Ermənistan müharibəni uduzub”.

Sabiq həmsədrin sözlərinə görə, Prezident Əliyev deyib ki, Azərbaycan tarixində bu münaqişə ilə bağlı səhifə artıq qapanıb:

“Lakin Ermənistan münaqişənin sona çatmasını qəbul etməyə hazır deyil. Buna zaman lazım olacaq və psixoloji travma keçəcək, lakin Azərbaycan artıq irəliyə doğru gedir, ərazilərini bərpa edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO