Lukaşenko Azərbaycana yola düşdü

Lukaşenko Azərbaycana yola düşdü

Hazırda oxunan: Lukaşenko Azərbaycana yola düşdü

17726

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə yol düşüb.

Bizim.Media Belarus mətbuatına istinadla xəbər verir ki, ikigünlük səfər çərçivəsində A.Lukaşenko və Prezident İlham Əliyev arasında iki görüş olacaq.

Görüşlərdən biri Belarus liderinin Bakıya gəlişindən dərhal sonra keçiriləcək. Dövlət başçıları qeyri-rəsmi görüş zamanı Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.

Danışıqların rəsmi hissəsinin aprelin 14-də keçirilməsi planlaşdırılır. Prezidentlərin görüşü təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibdə keçiriləcək.

Qarşılıqlı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq əsas müzakirə mövzuları olacaq.

Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO