''Sülhməramlıların getməsindən sonra Qarabağda vəziyyət necə inkişaf edəcək?'' - Prezidentdən CAVAB

''Sülhməramlıların getməsindən sonra Qarabağda vəziyyət necə inkişaf edəcək?'' - Prezidentdən CAVAB

Hazırda oxunan: ''Sülhməramlıların getməsindən sonra Qarabağda vəziyyət necə inkişaf edəcək?'' - Prezidentdən CAVAB

17710

“Ermənistanla Azərbaycanın Tovuz, Qazax, Ağstafadan keçən dövlət sərhədində sülhməramlı yoxdur və heç bir şey baş vermir. Üstəlik, Azərbaycan sərhədçiləri hazırda Zəngilanda erməni kəndlərindən 5 metr aralıda durublar. Heç bir şey baş vermir. Ermənistan ordusu məhv edilib, o mövcud deyil.”

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində rusiyalı sülhməramlıların getməsindən sonra Qarabağdakı vəziyyətin necə inkişaf edəcəyi sualını cavablandırarkən deyib.

Prezident Azərbaycan tərəfinin xoşməramlılığına nümunə olaraq Qafanı İrəvanla birləşdirən 21 kilometrlik yolu göstərib:

“O, bizim ərazimizdən keçir, orada sərhədçilərimiz dayanıb, orada hətta “Azərbaycana xoş gəlmisiniz” plakatı da quraşdırılıb. Onun niyə orada erməniləri qıcıqlandırdığını bilmirəm, biz sadəcə onları öz ərazimizdə salamlamaq istəyirdik, ora bizim ərazimizdir, amma onlar hətta plakata atəş açıblar. Yolu bağlaya bilərdik, amma bunu etmirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO