\'\'Deyirdilər ki, Prezident Əliyev heç vaxt risk etməz\'\' - Dövlət başçısı 

\'\'Deyirdilər ki, Prezident Əliyev heç vaxt risk etməz\'\' - Dövlət başçısı 

Hazırda oxunan: \'\'Deyirdilər ki, Prezident Əliyev heç vaxt risk etməz\'\' - Dövlət başçısı 

17700

“Ermənistan bizi yaxşı tanımayıb. Onlar elə hesab edirdilər ki, 1992-ci ilin Azərbaycanı ilə döyüşürlər. Amma Onlar düşünürdülər ki, biz unutmuşuq, zaman keçib, hər kəs yorğun olacaq, heç kəs müharibə istəmir”.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

''Putinlə “İsgəndər-M”i müzakirə etmişik'' - İlham Əliyev
 


Prezidentin sözlərinə görə, bəzən beynəlxalq mediada belə spekulyasiya olub ki, Azərbaycan heç vaxt heç nəyə başlamayacaq, Prezident Əliyev heç vaxt risk etməz:

“Lakin onlar başa düşmürdü bizim içimizdə, qəlbimizdə nələr var. Onlar bilmirdi, Qarabağ bizə torpaqdan daha artıq bir şeydir-şərəfdir, taledir, qandır. Buna görə də biz qəhrəmanlıq göstərdik, cəsarət göstərdik, axıradək getdik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO