"İskəndər-M" raketi və Bulqakovun Xankəndi səfəri - Təsadüf, YOXSA? - Eldar Namazovdan CAVAB

Hazırda oxunan: "İskəndər-M" raketi və Bulqakovun Xankəndi səfəri - Təsadüf, YOXSA? - Eldar Namazovdan CAVAB

17015

"Prezident İlham Əliyevin mətbuat konfransı fevralın 26-da idi. Ölkə başçısı deyib: “Mən soruşmuşam və bildiriblər ki, “İskəndər” raketlərinin istifadəsi müşahidə olunmayıb. ANAMA isə bu raketləri prezidentin çıxışından təxminən 20 gün (15 mart) sonra aşkarlayıb. Burada heç bir ziddiyyət yoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Eldar Namazov canlı yayımların birində açıqlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər "İskəndər-M" raketinə 5 ildir nəzarət edir? Kremlin ixrac qadağası... - Eldar Namazovdan ŞƏRH


Şərhinin davamında politoloq “İskəndər-M” raketinin nə zaman tapıldığı və mətbuata dərhal açıqlanmadığına aydınlıq gətirib: 

“ANAMA raketi tapanda, əvvəlcə bunun nə olduğunu bilmirdilər. Axtarışların davamında isə minalardan təmizləmə agentliyi raketin daha bir neçə dağılmış qalıqlarını aşkarlayıb. Yeni tapılan qalıqlarda raketin kodu da olub. Bununla da ANAMA raketin “İskəndər-M” olduğunu müəyyənləşdirib. 

Raket qalıqlarının aktuallaşması (30 mart) isə Rusiya Müdafiə nazirinin müavini Dmitri Bulqakovun Qarabağ səfəri (2 aprel) ilə üst-üstə düşdü. 

Buna görə bütün olayların təsadüfi olmadığı barədə fərziyyələr ortaya çıxdı".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO