Fransa XİN: “Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayırıq”

Fransa XİN: “Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayırıq”

Hazırda oxunan: Fransa XİN: “Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayırıq”

168147

“Fransa Ermənistan və Azərbaycanın birgə bəyanatını və hər iki tərəfin xoşməramlı jestlərini, xüsusən də məhbusların azad edilməsini alqışlayır”.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Paris ümid edir ki, bu, saxlanılan və itkin düşən məhbuslarla bağlı vəziyyətin həlli istiqamətində ilk addım olacaq. Davamlı sülh ancaq beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və iki dövlətin sərhədlərinin toxunulmazlığına hörmətlə əldə edilə bilər”, - deyə bəyanatda qeyd edilib.

Həmçinin Avropa İttifaqı və ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlara dəstək ifadə olunub.
Qeyd edək ki, ötən gün Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı hərbi əsirlərin azad edilməsinə dair razılıq əldə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO