Əhməd Əhmədzadədən sonra istefa növbəsi kimindir? – Yeni QURUM YARADILIR... ÖZƏL İNFORMASİYA

Əhməd Əhmədzadədən sonra istefa növbəsi kimindir? – Yeni QURUM YARADILIR... ÖZƏL İNFORMASİYA

Hazırda oxunan: Əhməd Əhmədzadədən sonra istefa növbəsi kimindir? – Yeni QURUM YARADILIR... ÖZƏL İNFORMASİYA

16613

Xəbər verdiyimiz kimi, 2 aprel 2021-ci il tarixində Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yaxın günlərdə işində yol verdiyi müxtəlif nöqsanlara görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Cavanşir oğlu Hüseynov da ölkə başçısının müvafiq sərəncamı ilə istefaya göndəriləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Əhməd Əhmədzadə vəzifəsindən azad edildi - SƏRƏNCAM


Etibarlı mənbələrdən saytımıza verilən informasiyaya görə, sadalanan kadr islahatlarından sonra struktur reformları da aparılacaq.

Belə ki, üç qurum birləşdiriləcək. Söhbət Meliorrasiya və Su Təsərrüfatı, “Azərsu” və Fövqəladə Hallar Nazirliyinə aid Su Ehtiyatları Agentliyindən gedir.

Bununla da, Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi 3 qurum 1 strukturda birləşdiriləcək. Nəticədə vahid nəzarət mexanizmi yaradılacaq və müvafiq qurumda mümkün qanun pozuntularının, yeyinti və korrupsiya risklərinin qarşısı maksimum alınacaq.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO